İtaliyanın "Yuventus" klubu heyətini gücləndirmək qərarına gəlib. Futbolinfo.az xəbər verir ki, "qoca sinyora" PSJ-də çıxış edən Jeremi Meneslə anlaşmaq niyyətindədi. 

Daha dəqiq desək, Turin təmsilçisi 26 yaşlı hücumçu ilə ilkin razılığa gəlib. İndi onlar Paris təmsilçisinin də transfer üçün icazəsini almalıdı. İtaliya mətbuatı yazır ki, keçid yanvarda baş tutmasa, fransalı mövsümün sonunda azad agent kimi “Yuventus”la müqavilə bağlayacaq.

Shares: