"Barselona"nın aparıcı üzvü Andres İnyesta komanda yoldaşı Viktor Valdesi qürurlandıracaq açıqlama verib. Futbolinfo.az xəbər verir ki, o, mövsümün sonunda “Nou Kamp”dan ayrılacaq qolkiperi göz yaşları içində yola salacağını bildirib:
"Sözsüz ki, göz yaşlarımı saxlaya bilməyəcəyəm. Ümid edirik ki, bu il qazanacağımız titullarla Valdesi layiqincə yola sala biləcəyik".
Qeyd edək ki, 2002-ci ildən “Barsa”nın qapısını qoruyan Valdes yayda başa çatacaq müqaviləsini yeniləməyəcəyini açıqlayıb.





