“Mançester Siti”nin baş məşqçisi Manuel Pelleqrini cari mövsüm əsas heyətdə çox az şans verdiyi qapıçı Co Hartla bağlı müsbət fikirlər səsləndirib. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis yetirməsinə təriflər yağdırıb.
Pelleqrini 26 yaşlı qolkiperin mövqeyində İngiltərənin ən yaxşısı olduğunu deyib: “Hartla birlikdə olduğuma üçün çox şadam. Son 1 ayda, o, çox yaxşı oynayır. Hesab edirəm ki, fasilə ona çox kömək elədi. O, çox çalışaraq əvvəlki formasını yığa bilib. Co İngiltərənin ən yaxşı qapıçısıdı”.
Qeyd edək ki, İngiltərə millisinin əsas qapıçısı olan Hart 2006-cı ildən "şəhərlilər"in qapısını qoruyur.





