İtaliya çempionatında heç cür öz oyununu tapa bilməyən “Latsio”da nəhayət ki, yeni çalışdırıcı ilə müqavilənin detallarına aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, baş məşqçi postunda Vladimr Petkoviçi əvəzləyəcək Eduard Reya ilkin olaraq yarım mövsümlük sözləşmə imzalayacaq.
 
Əgər komanda bu müddətdə uğurlu çıxış edərsə, sazişin müddəti 1 il də artırılacaq. Reya yarım ilə 400 min avro qazanacaq.
 
Xatırladaq ki, Reya 2010-12-ci illərdə də “Latsio”nu çalışdırıb.
Shares: