Almaniyanın “Bavariya” klubunun baş məşqçisi Xosep Qvardiola Dubayda keçirilən beynəlxalq idman festivalında maraqlı açıqlaması ilə gündəmə gəlib. Futbolinfo.az xəbər verir ki, o, “Barselona”da baş məşqçi olduğu dövrdən danışıb:
“Barselona”dakı uğurlarımın əsas səbəbi həmin dövrdə Lionel Messinin bir futbolçu kimi parlaması idi. Bu mənim yox, Messinin epoxası idi. Əgər gələcəkdə kimsə məndən soruşsa, deyərəm ki, müasir futbol Messinin erası olub”.
Qvardiola 2008-12-ci illərdə “Barselona”nı çalışdırıb.





