“Bakı”nın yarımmüdafiəçisi Deyvidas Çesnauskinin futbolinfo.az saytına müsahibəsi
 
– İlk 18 turu komandanız üçün necə qiymətləndirirsiz?
– Bizim həm yaxşı, həm də pis oyunlarımız oldu. Əsas odu ki, komanda düzgün yoldadı. İndiki mövqeyimizi pis adlandırmaq olmaz. Şanslarımız itməyib.
 
– Bəs şəxsən sizin üçün necə il oldu?
– Əslində kifayət qədər meydanda olmadım. İstədiyim qədər oynamadım. Amma düşünürəm ki, daha yaxşı hazırlaşıb çox şans qazanmaq lazımdı. Ümid edirəm ki, baş məşqçimiz çempionatın qalan dövrü ərzində mənə daha çox şans verəcək.
 
– “Bakı” mövsümə yeni məşqçi ilə başladı. Milinko Pantiç uğurlu ola bildimi?
– Mən sevinirəm ki, belə bir məşqçi ilə işləyirəm. O, yaxşı komanda qurmağın yolunu bilir. Yaxşı məşqçi və yaxşı insandı. Ona görə də Pantiçin komandamızı uğura daşıyacağına inanıram.
 
– Ötən mövsüm daha çox yarımmüdafiədə oynayırdız, bu mövsüm isə müdafiədə…
– Düzdü, həm yarımmüdafiədə, həm də müdafiədə oynadığım oyunlar oldu.
 
– Hansı mövqe daha rahatdı?
– Fərqi yoxdu. Əsas meydanda olmaq, komanda üçün əlimdən gələni etməkdi.
 
– Sizcə, “Bakı” mövsümün ikinci yarısında çempionluq yarışına qatıla biləcək?
– Düşünürəm ki, ikinci yarıda 5 komanda sadəcə, çempionluq üçün oynayacaq. Bunların içində “Bakı” da olacaq.
 
– Hansı komandaları nəzərdə tutursuz?
– “Qəbələ”, “Qarabağ”, “Neftçi”, “İnter” və “Bakı”.
 
– Komandada yeni futbolçulara ehtiyac varmı?
– Bu sual daha çox Pantiçə ünvanlanmalıdı.
 
– Bir neçə gün öncə belə xəbərlər var idi ki, Çesnauski artıq “Bakı”dan ayrılıb…
– Mənim "Bakı" ilə yaya qədər müqaviləm var. Hələlik ailəmlə ölkəmdə yeni ilə hazırlaşırıq. Ondan sonar “Bakı” ilə təlim-məşq toplanışına yollanacağıq. Müqaviləmin sonuna qədər komandamda qalacam. Ondan sonra nə olacaqsa, bunu birlikdə görəcəyik. Bu xəbərlər yalandı.
 
ELSEVƏR
Shares: