"İnter" 2013-cü ildə 39 rəsmi oyunda rəqiblərinin qapısından 60 top keçirib. Futbolinfo.az xəbər verir ki, bu oyunlarda komandanın heyətində 18 futbolçu fərqlənib.
 
2013-cü ildə “İnter”in heyətində fərqlənən ən gənc futbolçu Fuad Bayramov, ən yaşlısı isə Aleksandr İaşvili olub.
 
Başa çatmaqda olan ildə “İnter”in ən yaxşı bombardiri Baçana Sxadadze olub. Onun aktivində 11 qol var. Forvard 7 dəfə ölkə çempionatında, 2 dəfə Azərbaycan Kubokunda və 2 dəfə də UEFA Avropa Liqasının matçlarında fərqlənib. Sxadadze ən çox “Rəvan”ın qapısından top keçirib – 4. “Bakı”nın qapısından keçirdiyi qolların sayı 3-ə bərabərdi. “Xəzər Lənkəran”, “Mariehamn”, “Tromse” və AZAL ilə keçirilən oyunlarda isə 1 dəfə qol sevinci yaşayıb. Məhsuldarlığa görə ikinci yeri “İnter”in kapitanı Vaqif Cavadov tutur. Forvard komandanın heyətində 23 matç keçirib və 10 dəfə fərqlənmək imkanı tapıb. 2013-cü ildə Asif Məmmədov 8 qola imza atıb.
 
Aşağıdakı cədvəldə 2013-cü ildə fərqlənmiş "İnter"li futbolçuların tam siyahısı ilə tanış ola bilərsiz:
 
Futbolçu
Qollar
Qol vurduğu koamnda
1
Baçana Tsxadadze
11
4-Rəvan", 3-"Bakı",1-"X-L","Mariehamn","Tromse",AZAL
2
Vaqif Cavadov
10
3-"Neftçi", 2-"Sumqayıt",1- "Mariehamn","Qarabağ","Qəbələ","Rəvan","Bakı"
3
Asif Məmmədov
8
2-"Şuşa",1-"Х-L","Bakı","Qəbələ","Mariehamn","Rəvan",AZAL
4
Yuri Fomenko
5
2-"Simurq",1-"Qəbələ","Bakı","Qarabağ"
5
Aleksandr İaşvili
4
2-"Şuşa",1-"Bakı","Neftçi"
6
Matiya Şpiçiç
3
1-"Bakı","Х-L","Şuşa "
7
Samir Zərgərov
2
1-"Х-L","Qəbələ"
8
Daniel Genov
2
2-"Simurq"
9
Ramil Mansurov
2
1-"Simurq","Qəbələ"
10
Brüs Abdulaye
2
2-"Rəvan"
11
Ruslan Əmircanov
2
1-AZAL,"Şuşa"
12
Abdulla Abatsiyev
2
1-"Şuşa","Sumqayıt"
13
İlia Kandelaki
1
"Bakı"
14
Fuad Bayramov
1
"Qarabağ"
15
Arif Daşdəmirov
1
"Qəbələ"
16
Leo Roşa
1
"Bakı"
17
Slavço Georgiyevski
1
"Qəbələ"
18
İlqar Ələkbərov
1
"Simurq"
19
Adil İbrahimov(Avtoqol)
1
"Sumqayıt"
 
Shares: