"Barselona"nın 2014/15 mövsümündə geyinəcəyi formanın görüntüsü yayılıb. Futbolinfo.az xəbər verir ki, internetdə yayılan foto azarkeşləri çox əsəbiləşdirib.
Belə ki, forma komandaya tamamilə yad olan ağ rəngdə dizayn olunub. Üzərində isə qırmızı xaç şəkili əks edilib. Hansı ki, bu forma İtaliyanın "İnter" klubunun 2008-ci ildə geyindiyi səfər formasının eynisidi. La Liqa nəhənginin ənənəvi rənglərinin olmadığı forma azarkeşlərin etirazına səbəb olub.





