"Çelsi"nin baş məşqçisi Joze Mourinyo Premyer Liqanın son turunda "Liverpul"la keçirilən oyundan sonra fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının 2:1 hesablı qələbəsini belə şərh edib:
 
"Futbolçular vəhşidilər. Son saniyəyə qədər mübarizə aparırlar. Etonun Hendersona qarşı kobudluğunu görmədim. Premyer Liqa Samuel üçün yeni çempionatdı. Mən onu adaptasiyanın gec başa çatdığına görə çox tənqid etmişəm. Hazarda qarşı kobudluq var idi. Hakimin penalti təyin etməməsi ədalətsizlikdi. O ki qaldı Suaresin hakimə qarşı hərəkətinə, mən uruqvaylıya sarı vərəqə göstərərdim. Hakimdən sarı vərəqə tələb edən futbolçuları xoşlamıram. Bu gün qalib və məğlub arasında kiçik fərq var idi. Qələbə qazanmağımızda bəxtimizin köməyi oldu".
Shares: