Türkiyənin "Beşiktaş" klubu iki futbolçusunu cəzalandırıb. Futbolinfo.az xəbər verir ki, komandanın kapitanı İbrahim Toroman və Sezer Öztürkün davası onlara baha başa gəlib.

"Fənərbaxça"dan transfer olunan və "ağ-qaralar"dan illik 900 min avro alan Öztürk cəza səbəbiylə kluba 120 min TL ödəməli olacaq. Toroman isə illik 600 min qazandığından 80 min TL ödəyəcək.

Shares: