Topaz Premyer Liqasının 12-ci turunda "Qarabağ"a məğlub olan (2:3) "Qəbələ"nin müdafiəçisi Vladimir Levin fikirlərini açıqlayıb. Futbolinfo.az saytına açıqlamasında o, bunları söyləyib:
 
"Düzünü desəm, bu oyun haqda çox mənfi fikirlərim var. Komanda pis oynadı. Əsasən müdafiədə boşluqlar çox idi. Bir müdafiəçi kimi bunu hiss etdim. 4 qol buraxmağımız da buna sübutdu.  Bu oyuna inamsız çıxmışdıq. Bizə özünə inam və motivasiya çatmadı. İlk hissədə iki qol buraxmamız bizi ruhdan saldı. Növbəti tur "Xəzər Lənkəran"la oyunumuz da çətin olacaq. Mütəq gücümüzü bərpa edib qələbə qazanmalıyıq".
 
Vladimir Levin futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun millidəki taleyi ilə də bağlı fikirlərini bölüşüb: "Mənim fikrimcə, onun qalması yaxşı olardı. Amma bunu mən həll etmirəm. Bilmirəm necə olacaq. Sadəcə fikrimi dedim".
Shares: