Fransa nəhəngi PSJ-nin kapitanı Tyaqo Silva ilin ən yaxşı Avropada oynayan braziliyalı futbolçusu seçilib. Futbolinfo.az xəbər verir ki, “Samba Gold” adlanan mükafat üçün keçirilən səsvermədə stopper seçicilərin 24,19 %-nin rəğbətini toplayıb.
 
"Bavariya"da top qovan digər stopper Dante 14.63 % səslə ikinci, "Çelsi"nin yarımmüdafiəçisi Oskar 8,2% səslə üçüncü olub.
 
Qeyd edək ki, mükafatı son 3 ildə Silva qazanır.
Shares: