İngiltərə mətbuatına inansaq, “Mançester Yunayted” “Fənərbaxça”dan futbolçu almaq istəyir. Futbolinfo.az xəbər verir ki, söhbət “sarı-lacivərdlər”in ikinci qapıçısı Mərt Günokdan gedir.
Mankunyanlaın ehtiyat qolkiperi Lindeqor heyətdən ayrılmağı düşündüyündən rəhbərlik 2-ci qapıçı axtarışına başlayıb. Onlar əsas hədəf kimi “Fənər”də Volkan Dəmirələ alternativlik edən Merti seçib.
Razılaşma baş tutsa, David de Heanın zədəli və cazlı olduğu matçlarda MY-nin qapısını Günok qoruyacaq.





