Almaniya mətbuatı “Borussiya” (Dortumnd) – Robert Levandovski – “Bavariya” üçbucağı ətrafında xəbərlər yaymağa davam edir. Futbolinfo.az xəbər verir ki, növbəti bir xəbər idə polyak qolçunun bu həftə Münhenə gedərək tibbi müayinədən keçəcəyidi.
İddia olunub ki, tərəflər arasında transfer rəsmən gələn həftə elan ediləcək. Bu həftə Robert “Bavariya”nın düşərgəsinə yollanıb sağlamlıq testindən keçəcək. Yeni həftənin ilk günündə isə “Bavariya” 25 yaşlı futbolçu ilə sözləşmə imzalayacaq.
Lakin gözlənildiyi kimi o, komandaya yayda keçəcək.





