Madrid “Real”ının baş məşqçisi Karlo Ancelotti son açıqlaması ilə hər kəsi təəccübləndirib. Futbolinfo.az xəbər verir ki, dünən 1:0 qalib gəldikləri PSJ ilə yoldaşlıq matçından sonra qış fasiləsindəki transfer planları ilə bağlı danışan italyan bunları dilə gətirib:
 
“Heç kim klubdan ayrılmayacaq, heç kimi də almayacağıq. Bizim üçün transfer bazarı bağlıdı. Xabi Alonsoya gəlincə, mövsümün sonunda müqaviləsi bitir və hələ ki, yeni sözləşmə imzalamamışıq. Amma bu məsələyə həll tapacağımıza inanıram”.
Shares: