Türkiyənin “Kahramanmaraşspor” klubunu tərk edərək vətənə qayıdan Fərid Quliyev hələ də heç bir komanda ilə razılığa gələ bilməyib. Bu barədə futbolinfo.az saytına futbolçunun özü məlumat verib:
“Hələ ki, heç bir klubla razılığa gəlməmişəm. Menecerimlə dünən görüşdüm. Yaxın günlərdə hər şey bilinəcək. Türkiyədən və Azərbaycandan təkliflər var. Amma hələ qərar verməmişəm”.





