Transfer çalışmalarını davam etdirən "İnter" Bolqarıstanın "Levski" klubunun futbolçusu Çvetan Genkovu heyətinə qatmaq istəyir. Futbolinfo.az xəbər verir ki, "bankirlər" bu futbolçu ilə artıq danışıqlara başlayıb.
Tərəflər arasında razılıq əldə olunsa, o, paytaxt klubunun Türkiyədəki düşərgəsinə gələcək.
Qeyd edək ki, 1984-cü il təvəllüdlü futbolçu Bolqarıstan yığmasının üzvüdü. O, karyerası ərzində Mezdra "Lokomotiv"i, Sofiya "Lokomotiv"i, Moskva "Dinamo"su (Rusiya), "Visla" kimi klublarda top qovub. Son klubu "Levski" ilə 3 illik müqaviləsi olsa da, qışda onun bu komandadan ayrılması gözlənilir.





