"Sumqayıt"ın hücumçusu Orxan Əliyev "Xəzər Lənkəran"a keçəcəyi barədə xəbərlərə münasibətini açıqlayıb. Futbolinfo.az saytına açıqlamasında o, bunları söyləyib:
 
"Hələ ki, bu barədə heç nə danışmaq istəmirəm. Çünki müqavilə bağlamamışam. Mən hazırda Rusiyadayam. Sabah (bu gün) Azərbaycana gələcəm. Ondan sonra hər şeyə aydınıəq gələcək".
Shares: