Madrid "Atletiko"sunun baş məşqçisi Dieqo Simeone mətbuat qarşısında üzr istəyib. Futbolinfo.az xəbər verir ki, buna səbəb onun bir müddət əvvəl verdiyi açıqlama olub.
Belə ki, argentinalı bir neçə həftə öncə İspaniya La Liqasını darıxdırıcı adlandırmışdı. Simeone "Sportes" qəzetinə müsahibəsində bunları deyib: "Sıxıcı sözünü düzgün işlətməmişəm. Ancaq həqiqətən La Liqa klublara az şans verir. Rəqabəti artırmaq üçün dəyişikliyə ehtiyac var. Bunu azarkeşlər üçün etmək lazımdı".





