"Rəvan"ın şərəfini qoruyan Rəşad Abdullayevin futbolinfo.az saytına müsahibəsi
– Sabah "Rəvan"ın qış toplanışı başlayır…
– Neçə müddət idi istirahətdəydik. Artıq hamı məşqlərə hazırdı.
– Baş məşqçi dəyişikliyindən xəbəriniz var?
– Bəli, dünən axşam xəbər tutdum.
– Sizcə, öz heyətini qurmamış baş məşqçinin komandadan getməsi düzgündü?
– Mən mətbuatdan xəbər tudum. Belə şeylərə qarışmıram. Biz müqavilə ilə oynayan futbolçularıq. Bunları rəhbərlik daha yaxşı bilər. Mən bu işin dərinliyin bilmirəm.
– Güvenç Kurtar haqda məlumatınız var?
– Yox, kim olduğunu bilmirəm.
– Köməkçi məşqçilər də komandadan ayrılıb. Bu sizə necə təsir edəcək?
– Bu çox yerdə belədi. əgər baş məşçqi gedirsə, köməkçiləri də gedir.
– Fasilədən sonra "Rəvan"dan nə gözləyirsiz?
– Yaxşı oyun, yaxşı nəticə gözləyirəm. Hazırda qərarlaşdığımız pillədən yuxarı qalxaq. Yeni ilə necə başlasaq, elə də davam edəcək.
RÖVŞƏN ƏHLİMANOĞLU





