Son günlər Qonsalo İquaynın “Napoli”dən "Çelsi"yə keçəcəyi ilə bağlı yayılan xəbərlər yalan imiş. Futbolinfo.az xəbər verir ki, bunu “zadəganlar”ın baş məşqçisi Joze Mourinyo deyib.
O, Neapol təmsilçisinin qolçusu ilə maraqlanmadıqlarını deyib: "Ona heç bir təklif göndərməmişik. Qarşıdakı vaxtlarda da İquaynı transfer etmək fikrində deyilik. "Napoli" ölkə çempionatında və Avropa Liqasında çempion olmaq istəyir. Onların İquaynı satmaq istəyəcəklərini heç düşünmürəm".
Qeyd edək ki, Mourinyo "Real"da İquaynla çalışıb.





