Duqlas Leyte və Radomir Todorovla yollarını ayıran "Xəzər Lənkəran" daha 2 futbolçusuna qapını göstərib. Futbolinfo.az xəbər verir ki, Mustafa Dənizli Kazım Kazımlı və Elvin Mirzəzadənin xidmətlərindən istifadə etmək istəməyib.
Hər iki futbolçu türkiyəli mütəxəssisə lazım olmadığı üçün Türkiyəyə aparılmayıb. Hər iki futbolçunun başqa komandaya keçəcəyi gözlənilir.
Qeyd edək ki, Türkiyədəki hazırlığını davam etdirən cənub təmsilçisini heyətini gücləndirməyi də unutmur. Belə ki, "Xəzər Lənkəran"ın düşərgəsinə bugünlərdə yeni qapıçı təşrif buyuracaq. Onun kimliyi barədə ətraflı məlumat verilməsə də, braziliyalı olduğu dəqiqdi.





