“Bakı”nın qeyri-sabit oyununun əsas səbəbi klub daxilindəki xaosdu. Futbolinfo.az xəbər verir ki, rəhbərliyində kimin hansı postu tutmasının dəqiq olmadığı paytaxt təmsilçisində futbolçular hətta komandanın düşərgəsində istirahət edərkən də kef məclisindən qalmır.
Yığmamızın da üzvləri olan Elvin Məmmədov, Cavid Hüseynov, Kamran Ağayev, Rauf Əliyev, Əfran İsmayılov və indi “Rəvan”da icarədə olan Aqil Nəbiyevin sərinləçdirici içkilərdən istifadə etməsində qəribə heç nə yoxdu. Amma masanın üstündəki siqaret qutusu ağılda suallar yaradır. Milinko Pantiçlə Berti Foqtsun gözündən uzaq: görəsən bu qutunu Kamranın qarşısına kim atıb?





