“Liverpul”un ulduzu Luis Suaresin komandası ilə müqavilə müddətini uzatması onu transfer etmək istəyən klubları məyus etmişdi. Futbolinfo.az xəbər verir ki, son olaraq İngiltərə mətbuatı Suaresin müqaviləsinin maraqlı məqamlarını açıqlayıb.
Məlum olub ki, "Liverpul" ulduz futbolçusuna həftədə 200 min funt maaş verir. Onu heyətinə qatmaq istəyən klub olarsa, mersisaydlara 100 milyon funt ödəməli olacaq.
Qeyd edık ki, Suares cari mövsüm 15 oyunda 20 qol vurub.





