"Xəzər Lənkəran" gənc futbolçu Orxan Əliyevi heyətinə cəlb edib. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Lerik rayonunda dünyaya gələn Orxan futbol karyerasına Rusiya Federasiyasında başlayıb. 2011-ci ildə Azərbaycanın U-17 millisinə dəvət alan forvard həmin il "Sumqayıt"ın heyətinə keçib. 2,5 il ərzində bu klubun formasını geymiş Orxan "Xəzər Lənkəran"la 2 illik müqaviləyə imza atıb. Futbolçu artıq bu gündən etibarən komandanın Antalyadakı təlim-məşq toplanışına qoşulub.





