“Xəzər Lənkəran”a futbolçu göndərmək üçün çalışıram. Əlimizdə hazırda bir neçə futbolçu var. Onlarla danışıqlar gedir. Bir neçə detal var ki, onları həll etməliyik”.
Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın seleksiyaçı məşqçisi Mario Souza deyib. Braziliyalı yaxın günlərdə Türkiyəyə futbolçu gətirəcəyini bildirib:
“Mustafa Dənizli ilə işləmək çox xoşdu. O, yaxşı insan və yaxşı məşqçidi. Mənə də futbolçu tapmağı tapşırıb. İndi əlimdən gələni edirəm ki, komandam üçün ən yaxşı futbolçuları tapım. Yaxın 3-4 gündə hər şeyə aydınlıq gələcək”.





