"Sumqayıt" bu gün yoldaşlıq görüşü çərçivəsində "Rəvan"la qarşılaşıb. Futbolinfo.az xəbər verir ki, komandalar Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda üz-üzə gəliblər.
 
Qeyd edək ki, bu, hər iki komandanın 2014-cü ildəki ilk sınağı idi. "Rəvan"ın yeni baş məşqçisi Güvenç Kurtar isə paytaxt klubunun sükanı arxasında debüt edirdi. 
 
Tərəflərin bütün cəhdlərinə baxmayaraq, qarşılaşmada hesab açılmayıb.
 
Yoxlama oyunu
10 yanvar
 
Sumqayıt – Rəvan – 0:0
Shares: