AZAL bir futbolçusu ilə yollarını ayırıb. Futbolinfo.az xəbər verir ki, bu, "təyyarəçi"lərin 28 yaşı serbiyalı yarımmüdafiəçisi Vladimir Boqdanoviçdi.
 
Buna səbəb Boqdanoviçin Azərbaycana uyğunlaşa bilməməsi olub. Hətta buna görə onun ailəsində narazılıqlar olub. Ailəsini üstün tutan serbiyalı yarımmüdafiəçi rəhbərliklə danışaraq qarşılıqlı şəkildə müqavilənin ləğv edilməsinə nail olub. AZAL rəhbərliyi də Boqdanoviçin ailə vəziyyətini nəzərə alaraq, onun müqaviləsinə xitam verib.
 
Qeyd edək ki, Boqdanoviçin 2015-ci ilin iyul ayının 30-na qədər AZAL-la müqaviləsi var idi.
Shares: