Bu gün “Neftçi”nin prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə klubdaxili iclas keçirilib. Futbolinfo.az xəbər verir ki, toplantıda son müzakirələrdən sonra məşqçilər korpusunun aşağıdakı tərkibdə formalaşdırılması qərara alınıb:
 
1. Baş məşqçi – Böyükağa Hacıyev
 
2. Baş məqşçinin köməkçisi, fiziki hazırlıq üzrə məşqçi – Ruben Selyes Salvador (İspaniya)
 
3. Baş məşqçinin köməkçisi – Samir Əliyev
 
4. Qapıçılar üzrə məşqçi – Neboyşa Manoyloviç (Serbiya)
 
5. Seleksiyaçı məşqçi – Bəxtiyar Musayev
 
6. Əvəzedici komandanın baş məşqçisinin köməkçisi – Kamal Quliyev
Shares: