"Qəbələ"nin Türkiyə toplanışı davam edir. Futbolinfo.az xəbər verir ki, bölgə təmsilçisi Antalyada artıq ilk həftəsini tamamlamaq üzrə olsa da, komanda hələ də tam heyətlə hazırlaşa bilmir.
 
Belə ki, Yuri Syominin ən çox güvəndiyi futbolçulardan biri olan Leonardo da Silva hələ də vətəni Braziliyadadı. Qış fasiləsi zamanı ölkəsinə istirahətə yollanan futbolçu oradan birbaşa Türkiyəyə getməli olsa da, düşərgəyə gecikir. Bu isə cavabsız qalmayacaq. Belə ki, komandanın baş məşqçisi onun cəzalanacağını açıqlayıb:

"Onun bu hərəkətindən narazıyam. Buna görə aylıq maaşından cərimə ödəməli olacaq".

Shares: