Hərbi xidmətdə olan və Antalyaya yollana bilməyən “Xəzər Lənkəran”ın gənc futbolçuları Kamran Abdullazadə və Tərlan Qasımzadənin bu problemi həll olunub. Futbolinfo.az xəbər verir ki, MOİK-dən icarəyə götürülən hər iki futbolçu dünən qardaşı ölkəyə yollanıb və komandasının düşərgəsinə qolşulub.
Hər iki futbolçu bu gün artıq komandanın məşqində də iştirak edib.





