PSJ-nin "Çelsi"nin ulduzu Eden Hazardı təkidlə istəməsi və yüksək maaş təklif etməsi belçikalı futbolçunun diqqətini cəlb edib. Futbolinfo.az xəbər verir ki, Paris klubu bu transfer üçün londonlulara 60 milyon avro, oyunçunun özünə isə “Çelsi”dəkindən ikiqat yüksək maaş təklif edib. Ulduz futbolçu özü də Liqa-1-də oynamağa müsbət yanaşıb.
Lakin bu iddialardan sonar “zadəganlar”ın baş məşqçisi Joze Mourinyo məsələ barədə radikal açıqlama verib: “Hazardın satılmasına icazə verməyəcəyik. Bizə gəlməzdən əvvəl məşqlərdə çox pis təsir bağışlayan bir futbolçu olaraq tanınırdı. İndi isə ən yaxşılardan olmasa da, əvvəlki ilə müqayisədə daha peşəkardı. Hazard artıq komandanın lideridi və onu satmaq barədə düşünmürük".





