İngiltərənin "Mançester Yunayted" klubunun zədəli futbolçusu Robin Van Persinin yaşıl meydanlara qayıtması yubanır. Futbolinfo.az xəbər verir ki, son müayinələrdən sonar onun zədəsinin bir müddət də müalicəyə ehtiyacı olduğu müəyyənləşib.
Ötən ayın 10-dan zədəli olan forvardın gələn həftə yaşıl meydanlara qayıdacağı gözlənilsə də, onun daha 6 həftə komandasına kömək edə bilməyəcəyi vurğulanıb.
Van Persi hazırda müalicəsinin Hollandiyada davam etdirir.





