Antalyada qış təlim-məşq toplanışında olan "Simurq"un ötəngünkü hazırlığını futbol üzrə Azərbaycan yığmasnıın çalışdırıcısı Berti Foqts da izləyib. Futbolinfo.az xəbər verir ki, məşqdən sonra alman mütəxəssis baş məşqçi Georgi Çixradze ilə görüşüb və onunla müzakirələr aparıb.
 
Qeyd edək ki, "Simurq"un prezidenti Anar Bəkirov da hazırda Antalyadadı və məşqləri yaxından izləyir.
 
 
 
 
Shares: