“Mançester Siti”nin müdafiəçisi Coleon Leskott karyerasını “Vest Hem”də davam etdirməyə yaxındı. Futbolinfo.az xəbər verir ki, londonlular “Siti”nin razılığını alsa da, futbolçunun özü ilə hələ ki, dil tapa bilmir.
 
Danışıqlar müsbət nəticələnsə, Leskott “Vest Hem”lə 3,5 illik müqavilə imzalayacaq. O, Londonda həftədə 70 min funt maaş alacaq.
 
Yeri gəlmişkən, “Vest Hem” İtaliyanın “Roma” klubunun forvardı Marko Boryellonu da heyətinə qatmağa yaxındı. Artıq kublar artıq razılığa gəliblər. 31 yaşlı hücumçunun keçidinin bazar ertəsi rəsmiləşəcəyi gözlənilir.
Shares: