"Kəpəz" bu gün ikinci dövrə üçün təlim-məşq toplanışına start verəcək. Futbolinfo.az xəbər verir ki, komanda hazırlıq prosesinə yeni baş məşqçi Vidadi Rzayevin rəhbərliyi altında çıxacaq.
 
İlk məşq komandanın ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunun əsas meydançasında baş tutacaq. Gəncəlilərin toplantı müddətində Samuxun Aşağı Ağasıbəyli kənd stadionunda da məşq keçməsi nəzərdə tutulub. Bu da daha çox əsas meydançanın ot örtüyünün korlanmamasına hesablanıb.
Shares: