"Xəzər Lənkəran"ın ispaniyalı futbolçusu Eduard Oriol cənub klubu ilə yollarını ayırmasına münasibət bildirib. Futbolinfo.az saytına açıqlamasında o, bunları söyləyib:
 
"Xəzər Lənkəran"la müqaviləmə xitam verdim. Çünki burada qalmaq istəmirəm. Mən burada xoşbəxt deyiləm. Həm mən, həm də nişanlım burada yaşamaq istəmirik. Ailəmin yanına dönmək istəyirəm. Bu səbəbdən də bu gün komandanı tərk edirəm. Buradakı hər kəsə təşəkkürümü bildirirəm".
Shares: