"Proqram əsasında hazırlıqlarımız davam edir. Yüngül istirahət vaxtı keçirdik. Bir az fiziki gücə malikik, amma 10 gündən sonra bunu dəyişdirəcəyik".
 
Futbolinfo.az xəbər verir ki, bu sözləri Türkiyə televiziyalarının birində qonaq olan "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli deyib.
 
Antalyada davam edən hazırlıqdan danışan Dənizli transfer məsələsinə də toxunub: "Transfer etmək istədiyimiz futbolçular var. Lakin bu tək mənim istəyimlə olan iş deyil. Bəzi futbolçular klubun maddi büdcəsi çərçivəsindədi, bəziləri isə daha yüksəkdi. Maksimum 3 futbolçu transfer etməyi düşünürük. Bu, alınmazsa, heç olmasa 2 futbolçu gətirməyə məcburuq. Bu 2 futbolçunun transferini çox güman ki, bu həftə başa çatdıracağıq".
 
Sonda isə türkiyəli mütəxəssis "Rəvan"a yeni baş məşqçi təyin olunmuş Güvenç Kurtar haqda da danışıb: "Güvənçlə eyni liqada mübarizə aparacağıq. Təbii ki, hər bir futbol adamı 90 dəqiqə rəqib olur. Biz də Kurtarla rəqib olacağıq".
Shares: