IPAM adlı  Portuqaliya  araşdırma şirkətinin tədqiqatına görə, Kriştianu Ronaldo markası bu gün 43 milyon avro dəyərindədi. Futbolinfo.az xəbər verir ki, şirkətin təhlilində  Ronaldonun “Real”dan aldığı illik məvacib (21 milyon avro), sosial şəbəkələrdə  sahib olduğu təqibçilərin sayı (təkcə “facebook”da 70 milyon nəfər) və  “Google” axtarış sistemindəki göstəricisi (ildə 173 milyon axtarış) diqqətə alınıb.
 
Dəyərləndirmədə portuqalın şou dünyasında planetin ən tanınmış 5-ci insanı olduğu da ifadə edilir.
 
Tədqiqatda bildirilib ki, Ronaldo "Qızıl Top"u qazanacağı halda marka dəyərini 50 milyon avroya yüksəldəcək.
Shares: