AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Anar Salmanovun Türkiyə toplanışına aparılmasına münasibət bildirib. Futbolinfo.az saytının Türkiyəyə ezam olunmuş əməkdaşı ilə söhbətində o, bunları söyləyib:
"Anar Salmanovun bu toplanışa gəlməsi heç də onun bağışlanması anlamına gəlmir. O, yayda Polşada keçirdiyimiz toplanışda da var idi. Amma oradan qayıtdıqdan sonra birinci diviziona getdi. Hər şey Salmanovun özündən asılıdı. Əgər özünü yaxşı tərəfən göstərə bilsə, Premyer Liqaya qayıdacaq".





