Transfer çalışmalarını davam etdirən "Xəzər Lənkəran" heyətini daha bir futbolçu ilə gücləndirmək niyyətindədi. Futbolinfo.az xəbər verir ki, cənub klubu bu dəfə braziliyalı mərkəz müdafiəçisi almağa hazırlaşır.
 
Adı açıqlamayan bu futboçu klubun seleksiyaçı məşqçisi Mario Souza tərəfindən Mustafa Dənizliyə təklif olunub. Türkyəli mütəxəssis onun düşərgəyə gəlməsinə razılıq verib.
 
Sözügedən futbolçunun yaxın 2-3 gün ərzində cənubluların Antalya toplanışına qoşulacaq.
Shares: