Türkiyədə təlim-məşq toplanışında olan "Simurq"un düşərgəsinə yeni futbolçu cəlb olunub. Futbolinfo.az xəbər verir ki, Zaqatala klubu nigeriyalı müdafiəçini sınaqdan keçirir.
 
Bu, son klubu İsveçin "Hakken" klubu olan Dominik Çattodu. O, bu gün Antalyada baş tutan Almaniyanın "Felbert" klubu ilə görüşdə də iştirak edib. Baş məşqçi Georgi Çixradzenin onu saxlayıb-saxlamayacağı bilinmir.
 
Qeyd edək ki, 1985-ci il təvəllüdlü bu futbolçu karyerası ərzində həm də "Heartland", "Şeraton", "Rasines", "İnter" (Finlandiya) kimi klublarda da çıxış edib.
Shares: