"Çelsi"nin futbolçusu Maykl Esyen London klubundan ayrılmaq qərarına gəlib. Futbolinfo.az xəbər verir ki, afrikalı yarımmüdafiəçi karyerasını başqa klubda davam etdirəcək.
 
Qanalı futbolçunun meneceri Fabyen Piveto "Football Italia"ya açıqlamasında bu haqda məlumat verib: "Esyen "Çelsi"dən ayrılacaq. Son vaxtlar bir çox klubdan təklif alırıq. Ancaq onların arasında "Milan" yoxdu. Bu həftdə mənim bir neçə vacib görüşüm olacaq. Bundan sonra Londona gedəcəm və Esyenin hansı komandaya transfer olunacağı ilə bağlı yekun qərar verəcəyik".
 
Esyen 2005-ci ildə Lion “Olimpik”indən “Çelsi”yə keçmişdi.
Shares: