"Rəvan” mövsümün ikinci yarısına hazırlıqları Türkiyənin Antalya bölgəsində davam etdirir. Futbolinfo.az xəbər verir ki, "aslanlar" qardaş ölkədə 3 yoxlama matçı da keçirəcək. Artıq bütün rəqiblərin kimliyi dəqiqləşib.
 
"Aslanlar” ilk olaraq Braziliya təmsilçisi "Uniao” ilə qarşılaşacaq. Oyun ayın 19-da keçiriləcək. 3 gün sonra isə "Rəvan" Rumıniya 1-ci divizion təmsilçisi "Universitatya Krayova” ilə qarşılaşacaq. Yanvarın 25-də Türkiyədə son görüşə çıxacaq Güvenç Kurtarın komandasının rəqibi Xorvatiya elitasının nümayəndəsi "Split” olcaq.
Shares: