Cari mövsüm enişli-çıxışlı oyunu ilə diqqət çəkən "Tottenhem" heyətini gücləndirmək üçün Fransa "Lill"inin qapısını döyüb. Futbolinfo.az xəbər verir ki, London təmsilçisi istedadlı futbolçu Salamon Kaluya “elçi” düşüb.
Vaxtilə İngiltərə çempionatında çıxış etmiş 28 yaşlı yarımmüdafiəçi də Premyer Liqaya qayıtmaq istəyir. Tərəflər futbolçunun keçidində maraqlı olsa da, maliyyə məsələsində razılığa gələ bilmir. Lakin “Tottenhem”in yaxın günlərdə Kalunu rənglərinə bağlayacağı gözlənilir.





