Türkiyə Super Liqasında mübarizə aparan "Əskişəhərspor"un formasını geyən Rodriqo Tello qardaş ölkə mətbuatına maraqlı açıqlamalar verib. Futbolinfo.az xəbər verir ki, söhbət əsnasında müxtəlif mövzulardan danışan yarımmüdafiəçi Mustafa Dənizlidən də söz açıb:
"Çox baş baş məşqçi ilə işləmişəm. Amma birini seçmək lazım olarsa, ilk olaraq Mustafa Dənizli deyərdim. Çünki Dənizli mənə atam kimidi. O, mənə mehribancasına yaxınlaşıb münasibət qurub. Dənizlidən çox şey öyrənmişəm. İkinci isə Ərsun Yanalın adını çəkərdim".





