"Bakı"nın transferə çıxardığı Mindauqas Kalonas hələ də özünə yeni klub tapa bilməyib. Futbolinfo.az xəbər verir ki, "zolaqlılar"la birgə İspaniya toplanışına aparılmayan litvalı yarımmüdafiəçinin paytaxt klubunun əvəzedici komandada saxlanılacağı bildirilir.
 
Lakin onun keçmiş komandası "Rəvan"a keçəcəyi barədə də xəbərlər yayılmağa başlayıb. "Aslanlar" vaxtilə məhz bu komandada özünü ən yaxşı tərəfdən göstərmiş futbolçunu geri qaytarmaq üçün çalışır. Bu keçidin baş tutub-tutmayacağına yaxın günlərdə aydınlıq gəlməlidi.
 
Qeyd edək ki, Kalonas "Rəvan"a 2013-cü ildə gəlmişdi. Bu komandadakı parlaq çıxışı sayəsində yayda o, "Bakı"ya transfer olunmuşdu.
Shares: