İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo karyerasının sonuna qədər bu komandada işləməyə hazırdı. Futbolinfo.az xəbər verir ki, çalışdırıcı "BBC Sport"a müsahibəsində belə deyib:
 
"Çelsi" istəmədiyi müddətdə heç kəs məni buradan ayıra bilməz. Çünki hazırda aid olduğum yerdəyəm. Sonrakı iş yerimi düşünmək belə istəmirəm. Çünki yeni macəraya, yeni müqaviləyə həvəsim yoxdu. Pul istəmirəm, artıq yetəri qədər qazandım. "Çelsi" rəhbərliyinə sonuna qədər burada qalacağımı dedim. Qarşıdakı 3 il ərzində yeni müqavilə təklif etsələr, bunu qəbul edəcəm. Çünki "Çelsi"dən ayrılmağı düşünmürəm".
 
Mourinyo “Çelsi”də ikinci dövrünü yaşayır.
Shares: