Bu gün Antalyada hazırlıq çərçivəsində “Xəzər Lənkəran”ı 2:0 hesabı ilə məğlub edən Türkiyənin “Gənclərbirliyi” klubunun yarımmüdafiəçisi Cimmi Durmaz futbolinfo.az saytına danışıb. İsveçli futbolçu oyun barədə fikirlərini bölüşüb:
 
“Yoldaşlıq oyunu idi. Hər iki komanda meydana futbolçuları yoxlamaq üçün çıxmışdı. Nəticə elə də vacib deyil. Düşünürəm ki, fiziki olaraq daha güclü komandayıq. Bunu meydanda da göstərdik. İki qol vurduq. Hazırlığımız başa çatır. Artıq Super Liqanı düşünməliyik. “Xəzər Lənkəran” yaxşı komandadı. Bizə qarşı meydanda döyüşdülər. Qol şansları da oldu, vura bilmədilər. Fikirləşirəm ki, rəqib komanda da nəticəyə əhəmiyyət vermir".
Shares: