İngiltərə futbolunun canlı əfsanəsi Devid Bekhemin klub sahibi olmaq istədiyi bəllidi. Lakin sabiq futbolçu bir müddətdi ABŞ-da axtarış aparsa da, hələ ki, heç bir komanda ilə razılığa gələ bilmirdi.
Futbolinfo.az xəbər verir ki, Bekhemin səyləri nəticəsini verib və 38 yaşlı keçmiş yarımmüdafiəçiABŞ-ın “Mayami” komandası ilə razılığa gəlib. Bu alış-veriş Devidə 25 milyon avroya başa gəlib. Lakin bu hələ klubu almaq üçün lazım olan ilkin məbləğdi.
Tərəflərin məsələni yaxın vaxtlarda rəsmiləşdirəcəyi gözlənilir.





